Dövlət komitəsi dünyaya uşaq gətirən 11 yaşlı qızın vəziyyəti ilə maraqlanıb - VİDEO

Dövlət komitəsi dünyaya uşaq gətirən 11 yaşlı qızın vəziyyəti ilə maraqlanıb - VİDEO
# 31 oktyabr 2021 21:50 (UTC +04:00)

İmişli rayon sakini 11 yaşlı qızın uşaq dünyaya gətirməsi faktı ilə bağlı görülən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, eləcə də psixoloq uşağın yerləşdirildiyi xəstəxanada olub, vəziyyətin ilkin qiymətləndirilməsini aparıb.

Komitədən APA-ya verilən məlumata görə, həmçinin Dövlət Komitəsi İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya ilə birgə müvafiq fəaliyyəti davam etdirir. Belə ki, Komissiyanın nümayəndəsi tərəfindən zərərçəkmişin qardaşının da vəziyyətini qiymətləndirmək məqsədilə ailəyə səfər edilib. Nəticədə ailədə digər azyaşlı oğlana da psixoloji dəstəyin göstərilməsinə ehtiyacı olduğu müəyyən edilib.

Qeyd edilib ki, hər iki istiqamətdə psixoloji dəstəyin davam etdirilməsi ilə yanaşı, aparılan istintaqın nəticəsindən asılı olaraq, yetkinlik yaşına çatmayan qız və qardaşının, eləcə də körpənin mənafeyinə uyğun müvafiq qərarlar qəbul ediləcək və onların dövlət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR