Dövlət Komitəsi küçədə tapılmış uşaq barədə məlumat yayıb

Dövlət Komitəsi küçədə tapılmış uşaq barədə məlumat yayıb
# 15 oktyabr 2021 12:56 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə küçədə tapılan uşaq barədə yayılan məlumatla bağlı açıqlama yayıb.

Komitədən APA-ya bildirilib ki, uşaq baxımsızlığı nəticəsində küçədə aşkarlanan uşaqla bağlı sosial şəbəkələrdə əksini tapan məsələnin həlli, eləcə də uşağın hüquqlarının təmin olunması istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti qurumların hər birinin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməkdədir:

"Vətəndaşlara bu məsələlərə həssas yanaşdıqlarına görə təşəkkür edirik. Eyni zamanda, belə hallarda təcili müdaxilə edilməsi məqsədilə birbaşa aidiyyəti dövlət orqanlarına məlumat verməklərini xahiş edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR