Dövlət Komitəsində “Azİz”in rəhbəri ilə görüş keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

© APA | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

# 27 iyul 2021 13:16 (UTC +04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakla görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə israilli iş adamı Bar İhielin və onun məsləhətçisi Melamed Lemuel də iştirak ediblər. Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin sosial siyasətinin prioritetlərindən olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlara daim diqqət və qayğı göstərir. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, infrastruktur qurulur. Ərazilərin minalardan təmizlənməsi prioritet təşkil edir. Ermənistanın mina xəritələrini verməməsi insani davranışa zidd olan hadisədir.

Rövşən Rzayev Lev Spivaka ölkəmizin məruz qaldığı soyqırımı cinayətləri, minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı İsrailin dövlət və hökumət orqanlarına etdiyi müraciətə görə təşəkkür bildirib. Lev Spivak İsraillə Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O deyib ki, müharibənin başa çatmasına baxmayaraq, hələ də insanların ölümünə səbəb olan minaların xəritələrinin verilməməsi mövcud beynəlxalq normaların Ermənistan tərəfindən pozulmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR