Dövlət Komitəsinin sədri ailə məhkəmələrinin alternativlərini açıqlayıb

Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

© APA | Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

# 14 noyabr 2021 09:25 (UTC +04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanda ailə məhkəmələrinin yaradılması barədə təkliflərə münasibət bildirib.
Dövlət Komitəsinin sədri APA-ya açıqlamasında deyib ki, bu funksiyanı yeni yaradılmış mediasiya orqanları yerinə yetirməyə çalışacaqlar.
B. Muradova bu sahədə müxtəlif ölkələrin müxtəlif təcrübələrin olduğunu qeyd edib: “Azərbaycanda bu məsələlərlə məşğul olan hakimlər korpusu da var. Ailə məsələləri ilə bağlı işlərə konkret hakimlər baxır. İstənilən halda bu məsələlərə sistemli yanaşmağa ehtiyac var. Ailə psixoloqu institutunun da formalaşmasına ehtiyac var, bu, çox vacibdir. Bu cür hadisələrin baş verməsinin əksəriyyətinin səbəbi məhz bu sahədə olan çatışmazlıqla bağlıdır. O cümlədən məktəb psixoloqu institutuna da geniş çərçivədə yanaşmaq lazımdır. Bu sahədə mütəxəssislər yetişdirilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR