Dövlət Komitəsinin sədri : “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ciddi həbslər dalğası gedir, qruplar zərərsizləşdirilir” 

Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

© APA | Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

# 27 iyul 2021 12:25 (UTC +04:00)

“Dövlət Komitəsinin narkomaniyaya qarşı mübarizədə əsas işi maarifləndirmə, baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılmasında ailələrə dəstək verməkdir. Bu sahədə ciddi mübarizə hüquq-mühafizə orqanları tərəfindən aparılır”.

Bunu APA-ya açıqlamasında son dövrlər xüsusən narkotik vasitə olan metamfetaminin (patı) qanunsuz dövriyyəsi və istifadəsi hallarına daha tez-tez rast gəlinməsinə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova deyib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniya problemi hüquq-mühafizə orqanlarını da ciddi narahat edib, ciddi həbslər dalğası gedir: “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların zərərsizləşdirilməsi istiqamətində ciddi addımlar atılır. Ailə və cəmiyyət səviyyəsində bu prosesə qoşulmalıyıq və hər kəs bunun zərərli olduğunu ilk növbədə anlatmalı, başa salmalı, övladını nəzarətdə saxlamalı, ilkin simptomları üzə çıxanda biganə qalmamalı, müvafiq qurumları xəbərdar etməkdən də çəkinməməlidir. Bəzən ailələr övladlarının bu işlə məşğul olduğunu bilir, amma bunu hər vəchlə həm oxuduğu məktəbdən, həm hüquq-mühafizə orqanlarından gizlədir və axırda da ağır nəticələrlə üz-üzə qalırlar. İstənilən halda insan amili burada böyük rol oynayır. İnsanların, ailələrin, valideynlərin bu istiqamətdə üzərinə çox böyük vəzifə düşür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR