Dövlət qulluğuna qəbulla bağlı testlər sadələşdiriləcək

Dövlət qulluğuna qəbulla bağlı testlər sadələşdiriləcək

© APA | Dövlət qulluğuna qəbulla bağlı testlər sadələşdiriləcək

# 22 may 2021 13:32 (UTC +04:00)

Dövlət qulluğuna qəbul ilə bağlı testlərin sadələşdirilməsi üçün test imtahanının məzmunu Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin mayın 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət qulluğuna qəbul ilə bağlı testlərin sadələşdirilməsi üçün ilk dəfə dövlət qulluğuna qəbul olunma halları istisna olmaqla dövlət qulluğunda irəli çəkilmək üçün nəzərdə tutulan test imtahanının məzmununun Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR