Dövlət xəstəxanalarında əməliyyatı mümkün olmayan 260 uşaq müqaviləli xəstəxanalara yönləndirilib

Dövlət xəstəxanalarında əməliyyatı mümkün olmayan 260 uşaq müqaviləli xəstəxanalara yönləndirilib
# 04 avqust 2021 16:20 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən stasionar cərrahi xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə 8 650 göndəriş verilib.

APA-nın məlumatına görə, bu barədə İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən bu ilin birinci yarımilində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatda bildirilib.

Qeyd olunub ki, bu göndərişlərin 3882-si invaziv kardiologiya, 1192-si oftalmologiya, 817-si ürək-damar cərrahiyyəsi, 728-i urologiya, 706-sı radiologiya, 472-si neyrocərrahiyyə, 187-si kardiologiya, 143-ü travmatologiya, 4-ü isə ginekologiya üzrə verilib. Digər sahələr üzrə verilmiş göndərişlərin sayı 519 təşkil edib.
Qeyd edək ki, göndərişlərin 7 976-sı (92%) planlı, 674-ü (8%) isə təcili əsasla qeydə alınıb.

İlkin hesablamalara görə, bu ilin ilk 6 ayı ərzində ölkə üzrə 7 386 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, bu şəxslərin 260 nəfərini uşaqlar təşkil edib.

Ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 2353, oftalmologiya üzrə 904, urologiya üzrə 437, neyrocərrahiyyə üzrə 327, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə isə 8 nəfər əməliyyat olunub.

Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfərini 18 yaşdan aşağı şəxslər təşkil edib. Eyni zamanda, 2904 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib.

Qeyd edək ki, tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR