DSMF: Avqustda elektron arayış alanların sayı 3 388 nəfər olub

DSMF: Avqustda elektron arayış alanların sayı 3 388 nəfər olub
# 10 sentyabr 2021 10:33 (UTC +04:00)

Ötən ay DSMF-nin fəaliyyət istiqamətləri üzrə elektron arayış alanların sayı 3388 nəfər olub.

DSMF-dən APA-ya bildirilib ki, bu arayışların 1220-si pensiya, 779-u müavinət və təqaüd, 914-ü fərdi şəxsi hesab, 112-si ünvanlı dövlət sosial yardımı, 102-si torpaq pay mülkiyyətçisi, 155-i sosial sığorta nömrəsi, 18-i şəhid ailəsi üzvü, 37-si ünvanlı dövlət sosial yardımı ödənişləri, 24-ü sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 20-si əlilliyi olan şəxslərə qulluq, 7-si Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR