DSMF: Bəzən vətəndaşlar bilərəkdən əmək kitabçasına müdaxilələr edirlər

DSMF: Bəzən vətəndaşlar bilərəkdən əmək kitabçasına müdaxilələr edirlər
# 02 noyabr 2021 12:19 (UTC +04:00)

“Bəzən vətəndaşlar bilərəkdən əmək kitabçasına müdaxilələr edirlər. Bu hallarla ciddi şəkildə mübarizə aparılır”.

APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov bildirib.

O deyib ki, sosial yönümlü siyasətdə əsas məqsəd haqqı çatan şəxslərin sosial müavinətlərini almasıdır: “Amma bir şərtlə ki, həmin sənədlərə müdaxilələr olmasın, saxta müraciətlər edilməsin. Bu da vətəndaşların ya qanunu bilməməsindən, yaxud da öz vəzifələrinə səhlənkar yanaşmasından irəli gəlir. Məsələn, bir ailədə əmək pensiyaçısı vəfat edib. Vəfat edən şəxs barəsində müvafiq quruma məlumat verilməlidir. Bu məlumatın vaxtında verilməməsi, qohumların gedib ölən şəxs üçün ölüm haqqında şəhadətnaməni çıxarmaması DSMF-yə imkan vermir ki, sistem üzərindən həmin şəxsin vəfat etdiyini görsün və onun pensiyasını dayandırsın. Elə olur ki, 6 ay, hətta 1 il ərzində həmin şəxs vəfat etdiyinə baxmayaraq, onun yaxınları kartından vəsaiti çıxarmağa davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR