DSMF ilə Türkiyənin Sosial Təminat Agentliyi nümayəndələri arasında videokonfrans olub

DSMF ilə Türkiyənin Sosial Təminat Agentliyi nümayəndələri arasında videokonfrans olub
# 07 iyun 2021 14:41 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Türkiyənin Sosial Təminat Agentliyi nümayəndələri arasında videokonfrans formatında görüş olub.
Fonddan APA-ya verilən məlumata görə, DSMF İdarə Heyətinin sədri Himalay Məmişov son illərdə Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, bu sahədə prioritet hədəflər barədə məlumat verib.
Türkiyənin Sosial Təminat Agentliyinin rəhbəri İsmail Yılmaz sosial təminat sahəsində təcrübə mübadilələrində maraqlı olduqlarını, əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” və onun tətbiq edilməsinə dair Prosedur Müqavilənin icrası məsələləri müzakirə edilib. Sosial təminat sahəsində iki qurum arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR