DSMF sədri BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb

DSMF sədri BMqT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 04 iyun 2021 08:57 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjievlə görüşüb.

Fonddan APA-ya verilən məlumata görə, görüşdə sosial təminat sahəsində DSMF ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması müzakirə olunub.

H.Məmişov son illərdə Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər və bu sahədə prioritet hədəflər barədə məlumat verib.

V.Gjorgjiev təmsil etdiyi təşkilatın vəzifə və funksiyaları, regionda həyata keçirdikləri layihələrdən bəhs edib. Azərbaycanda aztəminatlı ailələrin dəstəklənməsi işində Fondla birgə tərəfdaşlıq etmək niyyətlərinin olduğunu bildirib. Bu məqsədlə iki qurum arasında əməkdaşlıq üçün Niyyət Protokolunun imzalanması məsələsinə toxunulub.

Görüşdə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR