DSMF vətəndaşlara müraciət edib

DSMF vətəndaşlara müraciət edib
# 04 noyabr 2021 09:49 (UTC +04:00)

Dövlət Sosial Müdafiə Fondu vətəndaşlara müraciət edib.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, noyabrın 1-dən respublika üzrə birdəfəlik sosial ödənişlər - dəfn üçün müavinət; uşağın anadan olmasına görə müavinət; cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət; radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara "Azərpoçt" vasitəsilə çatdırılır. Vətəndaşlar həmin vəsaiti "Azərpoçt"un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR