DSX rəisinin müavini: “Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq”

DSX rəisinin müavini: “Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq”
# 01 dekabr 2021 13:19 (UTC +04:00)

“Bu gün biz silahdaşlarımızı son mənzilə yola salırıq”.

APA-nın məlumatına görə, bunu helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimində DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev deyib.

O bildirib ki, kədərimiz sonsuzdur: “Əlbəttə valideynlərin də kədərini başa düşürük. Yeganə təsəllimiz odur ki, silahdaşlarımız şəhidlik zirvəsinə yüksəlməklə bütün Azərbaycan xalqının övladına çevrilib. Bu gün dəfn mərasimini keçirdiyimiz şəhidlərimiz Vətən müharibəsində də vəzifələrinin öhdəsindən gələrək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini veriblər. Onların şərəfli xidmət yolu hər bir sərhədçi üçün örnək olacaq. Əziz valideynlər, siz hər bir sərhədçinin timsalında minlərlə oğul, qardaş qazanmısız”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR