Dünyada koronavirusa yoluxanların sayı 250 milyonu keçib

Dünyada koronavirusa yoluxanların sayı 250 milyonu keçib
# 06 noyabr 2021 17:37 (UTC +04:00)

Şənbə günü axşam saatlarına olan məlumata görə, dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 250 milyonu ötüb.

Bu barədə APA "Worldometers"ə istinadən xəbər verir.

Belə ki, ABŞ-da virusa yoluxanların sayı 47 280 449-a, Hindistanda 34 344 000-ə çatıb, Braziliyada isə 21 862 458-ə çatıb.

Anti-rekord siyahısının ilk onluğunda Böyük Britaniya (9 241 916 yoluxma), Rusiya (8 755 930), Türkiyə (8 178 901), Fransa (7 199 332), İran (5 980 260), Argentina (5 295 260) və İspaniya (5 025 639) yer alıb.

Pandemiya başlayandan 5 057 149 nəfər koronavirus diaqnozu ilə vəfat edib, 226 333 150 nəfər sağalıb, 18 617 715 nəfərin müalicəsi isə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR