DYP "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Araz Əsgərli, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru

© APA | Araz Əsgərli, Bakı şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru

# 31 may 2021 18:25 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarəinin baş inspektoru, polis mayoru Araz Əsgərli APA-ya açıqlamasında bildirib ki, "Formula 1" Azərbaycan Qran-prisi ilə əlaqədar paytaxtın mərkəzinə səfərləri məhdudlaşdırmağı tövsiyyə edirlər: “Bakı şəhər ərazisində avtomobillərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə 8 iyun tarixinədək bağlanacaq və yaxud istiqaməti dəyişdiriləcək küçə və prospektlər barədə təqdim etdiyimiz məlumata əlavə olaraq bildirmək istəyirik ki, xüsusən yük avtomobillərinin sürücüləri onların hərəkətlərini tənzimləyən hüquqi və fiziki şəxslərdən paytaxtın mərkəzinə səfərlərini məhdudlaşdırmaları tövsiyyə olunur. Şəxsi minik avtomobili hərəkət edən vətəndaşlarımızın isə paytatxtın küçə və prospektlərində parkalanma imkanlarının az olduğunu nəzərə almaqla ictimai nəqliyyata üstünlük vermələrini, xüsusiilə bu dövrdə dayanma və durma qaydalarına riayət etmələrini, sürücülərin DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini xahiş edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR