Əcnəbilərin Azərbaycanda hazırlıq sinif və kurslarına qəbulu proseduru müəyyənləşib

Əcnəbilərin Azərbaycanda hazırlıq sinif və kurslarına qəbulu proseduru müəyyənləşib
# 12 oktyabr 2021 12:57 (UTC +04:00)

Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq üçün müraciət edən şəxslərin dil və ixtisas bilikləri yetərli olmadığı halda, əcnəbilərin hazırlıq sinifləri, kursları və ya birbaşa təhsil səviyyəsi üzrə hazırlığının aparılması qaydası müəyyənləşib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na etdiyi dəyişiklikdə əksini tapıb.
Əcnəbilərin hazırlıq sinif və kurslarına qəbulu aşağıdakı əsaslarla
həyata keçiriləcək:
- təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında;
- təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında;
- dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında;
-təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında;
- təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında;
- təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında.

. Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR