Ədliyyə Nazirliyi: Bələdiyyələrə ödənilən icarə haqqının məbləği 2,5 dəfə artıb

Ədliyyə Nazirliyi: Bələdiyyələrə ödənilən icarə haqqının məbləği 2,5 dəfə artıb
# 24 iyul 2021 15:15 (UTC +04:00)

Bələdiyyələr tərəfindən qanunçuluğa əməl olunması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən onların fəaliyyətinə səmərəli inzibati nəzarət həyata keçirilir, aşkar olunan xarakterik pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üzrə zəruri tədbirlər, o cümlədən metodoloji kömək göstərilir.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılması üzrə görülən tədbirlər (icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, debitor və kreditor borcların həlli, pul tələblərinə dair icrası məcburi aktların qəbulu, bələdiyyə müəssisələrinin yaradılması, bələdiyyə əmlakından səmərəli istifadə edilməsi və s.) və bu sahədə aparılan metodoloji iş müsbət nəticə verməkdədir. Aparılan metodiki köməklik nəticəsində ilkin mərhələdə 702 icarə müqaviləsi üzrə bələdiyyələrə (Şirvan, Bərdə, Göyçay regional ədliyyə idarələrinin yurisdiksiyası) ödənilən icarə haqqının məbləği 2,5 dəfə artıb, habelə 350 min manata yaxın torpaq icarə haqqı borcunun yerli büdcələrə (Xaçmaz regional ədliyyə idarəsinin yurisdiksiyası) ödənilməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR