Ədliyyə Nazirliyi: Boşanmaq istəyənlərin 40%-i fikrindən daşınıb

Ədliyyə Nazirliyi: Boşanmaq istəyənlərin 40%-i fikrindən daşınıb
# 08 dekabr 2021 16:38 (UTC +04:00)

"Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi bəzi sosial problemlər ailə münasibətlərinə mənfi təsir göstərir və son illərin statistikasına nəzər saldıqda boşanmaların sayında artım müşahidə olunurdu. Bu hal bizi narahat etməyə başladı və “Mediasiya haqqında” Qanun qəbul edilməzdən əvvəl 2018-ci ildə Ədliyyə Nazirliyi tərəfindən psixoloqlarla görüşlər keçirildi".

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova bildirib.

Onun sözlərinə görə, son illərlə müqayisədə ilk dəfə nikahın pozulma sayının azalmasını müşahidə edilib: "2018-ci ildən indiyədək qeydiyyat şöbəsinə nikahın pozulması üçün müraciət etmiş 5.154 şəxsdən 95%-i psixoloqla görüşüb. Nəticədə onlardan 40%-i boşanmaq fikrindən daşınıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR