Ədliyyə Nazirliyi icra məmurlarının fəaliyyətinə dair yeni qayda hazırlayacaq

Ədliyyə Nazirliyi

© APA | Ədliyyə Nazirliyi

# 09 iyun 2021 12:42 (UTC +04:00)

Narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi qaydası hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları “İcra məmurları haqqında” qanuna uyğun olaraq, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi qaydasını bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR