Ədliyyə Nazirliyi: Narkoloji müəssisələrdən azad olunan şəxslərin işlə təmin olunmasında problemlər var

Ədliyyə Nazirliyi: Narkoloji müəssisələrdən azad olunan şəxslərin işlə təmin olunmasında problemlər var
# 30 noyabr 2021 13:26 (UTC +04:00)

“Narkomaniyaya ilə mübarizədə qanunvericilik baxımından hansısa dəyişikliklərin edilməsinə zərurət yoxdur ”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Ədliyyə Nazirliyi Qanunvericilik baş idarəsinin baş məsləhətçisi Aygün Şabanova deyib.

O bildirib ki, ailələrdə narkoloji vasitələrdən əziyyət çəkən şəxslərin xüsusi olaraq nəzarət edilməsi və xəbərdarlıq olunması qanunvericiliyin tələbidir: “Narkoloji müəssisələrdən azad olunan şəxslərin işlə təmin olunması məsələsi qanunda əksini tapsa da həyata keçirilməsində problemlər var. “Cinayət Məcəlləsi”nin 172-ci maddəsində yetkinlik yaşına çatmayanların narkotiklə bağlı məsuliyyətə cəlb edilməsi üçün maddə öz əksini tapıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR