ƏƏSMN müharibə veteranlarının vahid informasiya bazasını yaradacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 17 iyun 2021 12:55 (UTC +04:00)

Azərbaycanda müharibə veteranlarının reyestri yaradılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Veteranlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müharibə veteranlarının vahid informasiya bazasını yaradacaq. Bu məqsədilə ƏƏSMN-in Mərkəzləşdirilmiş elektron informasiya sistemi müharibə veteranlarının reyestrini elektron formada aparacaq. Nazirlər Kabineti tərəfindən 2 ay müddətində müharibə veteranlarının reyestrinin aparılması qaydası müəyyən ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR