ƏƏSMN özünəməşğulluqla bağlı iki yeni kompensasiyanın məbləğini müəyyənləşdirəcək

ƏƏSMN özünəməşğulluqla bağlı iki yeni kompensasiyanın məbləğini müəyyənləşdirəcək
# 12 iyul 2021 17:34 (UTC +04:00)

Özünəməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan işçilərinə nəqliyyat xərcləri üçün işsizlikdən sığorta vəsaitləri hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi məbləğdə kompensasiya ödəniləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.

Qanuna əsasən, özünəməşğulluğun təşkili üçün təlimlərin keçirilməsi ilə bağlı “üçün işsizlikdən sığorta vəsaitləri hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərcləri və təlimçilərə ödənilən haqqın məbləği Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən ediləcək.

Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə nəqliyyat xərcləri üçün “İşsizlikdən sığorta haqqında” qanunda nəzərdə tutulmuş vəsait hesabına ödənilən kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərclərinin və təlimçilərə ödənilən haqqın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR