ƏƏSMN sığorta ehtiyatından istifadə qaydası ilə bağlı təkliflərini verəcək

ƏƏSMN sığorta ehtiyatından istifadə qaydası ilə bağlı təkliflərini verəcək
# 09 iyun 2021 12:50 (UTC +04:00)

Dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından istifadə qaydası hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından, o cümlədən sığorta ehtiyatından istifadə qaydası ilə bağlı təkliflərini üç ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR