Əhliman Əmiraslanov: “Icbari tibbi sığortaya ayrılan vəsait artdıqca şikayətlər aradan qalxacaq” 

Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

© APA | Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri

# 15 oktyabr 2021 12:43 (UTC +04:00)

“Biz yaxın günlərdə İcbari tibbi sığorta ilə bağlı dinləmə keçirəcəyik. TƏBİB də bu dinləmədə iştirak edəcək. Burada qaldırılan məsələlərin əksəriyyəti də həmin dinləmədə qaldırılacaq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Deputat bildirib ki, icbari tibbi sığortanın tətbiqinə başlanılanda ölkədə pandemiya başladı: “Doğrudur, bu sahədə problemlər var. Amma mən inanıram ki, zərfə daxil olan tibbi xidmətlərin sayı getdikcə artacaq. Bu gün insanlar arasında böyük tələfat verən xəstəliklərin hamısı zərfə daxil olmayıb. Bütün məsələlər büdcə ilə bağlıdır. Bu gün icbari tibbi sığorta büdcəsinin imkan verdiyi dərəcədə həyata keçirilir. Gələcəkdə büdcədən icbari tibbi sığortaya ayrılan vəsait artdıqca şikayətlər və narazılıqlar aradan qalxacaq. Türkiyə 20 ildən artıqdır ki, bu sistemə keçib. Amma onlarda da bu sahədə problemlər var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR