Ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı artıb

Ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı artıb

© APA | Məhkəmə Ekspertiza Mərkəzi

# 05 avqust 2021 12:39 (UTC +04:00)

Bu il ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12%-dən çox artıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov bildirib. Onun sözlərinə görə, ədliyyə orqanlarında işə yüksək tələbkarlığın və ekspertizaların keyfiyyətinin artırılması üzrə görülən tədbirlərin nəticəsi olaraq təkrar ekspertizaların sayı 13% azalıb. Məhkəmə və hüquq mühafizə orqanlarına metodik kömək məqsədilə təqdim olunmuş sənədlərin sayı 28% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR