Eksternat imtahanları üçün onlayn sənəd qəbuluna start verilib

Eksternat imtahanları üçün onlayn sənəd qəbuluna start verilib
# 16 noyabr 2021 12:22 (UTC +04:00)

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara onlayn sənəd qəbulu başlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, onlayn sənəd qəbulu noyabrın 16-dan dekabrın 15-dək həyata keçiriləcək. Eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR