Elektron satınalmalardan istifadə qaydası hazırlanacaq

Elektron satınalmalardan istifadə qaydası hazırlanacaq
# 22 iyun 2021 15:58 (UTC +04:00)

Nazirlər Kabineti “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsi və ondan istifadə qaydasını İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti dövlət satınalmalarının vahid internet portalında müvafiq altsistemin inteqrasiya edilməli olan digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinin və ehtiyatlarının siyahısını, habelə həmin informasiya sistemlərindən və ehtiyatlarından inteqrasiya olunmalı məlumatların dairəsini müəyyən edəcək, həmin altsistemin yaradılması və fəaliyyəti ilə əlaqədar maliyyə məsələlərini iki ay müddətində həll edəcək.

Həmçinin, qeyri-rezident hüquqi və ya fiziki şəxslərin, yaxud hüquqi şəxslər birliyinin, dövlət mənsubiyyətindən asılı olmayaraq, dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirilən satınalmalarda iştirakının təmin olunmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

İqtisadiyyat Nazirliyi “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq, satınalan təşkilat tərəfindən müqavilənin icrasına başlanması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin elektron şəkildə əldə olunmasının təmin edilməsi məqsədilə dövlət satınalmalarının vahid internet portalında müvafiq altsistemin yaradılmasını dörd ay müddətində təmin etməli, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin fəaliyyətini təmin etmək məqsədilə onunla digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlər göstərilməsinin “Elektron hökumət” portalı vasitəsilə təşkili üçün tədbirlər görməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR