Ələt-Astara yolunda qəza olub, 5 nəfər xəsarət alıb

Ələt-Astara yolunda qəza olub, 5 nəfər xəsarət alıb
# 01 dekabr 2021 13:33 (UTC +04:00)

Ələt – Astara yolunda baş verən avtomobil qəzası nəticəsində Kliniki Tibbi Mərkəzə müxtəlif bədən xəsarətləri ilə 5 nəfər daxil olub.

KTM-dən APA-ya bildirilib ki, təcili tibbi yardım avtomobili ilə gətirilən hər bir yaralıya dərhal ilkin tibbi yardım göstərilib.

Yaralılar 2020-ci il təvəllüdlü Məryəm Əlizadə, 2018-ci il təvəllüdlü Zeynəb Əliyeva, 1998-ci il təvəllüdlü Simuzər Əliyeva, 1978-ci il təvəllüdlü Gültəkin Bayramova
və 1970-ci il təvəllüdlü Aybəniz Çağlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR