Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

© APA | Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru ilə görüşüb

# 21 sentyabr 2021 15:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

“DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR