Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb

Əli Əsədovun Muxail Muraşko ilə görüşü

© APA | Əli Əsədovun Muxail Muraşko ilə görüşü

# 06 iyul 2021 14:46 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 6-da Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya bildirilib ki, görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR