Əli Hüseynli bələdiyyələrin parlamentdə hesabat verməsi məsələsinə aydınlıq gətirib - VİDEO

Əli Hüseynli, Milli Məclis sədrinin birinci müavini

© APA | Əli Hüseynli, Milli Məclis sədrinin birinci müavini

# 24 noyabr 2021 11:53 (UTC +04:00)

"Referendumla Konstitusiyaya maddə salındı ki, bələdiyyələr Milli Məclisə hesabat verilməlidir. Amma bu günə kimi Milli Məclisdə heç bir bələdiyyə hesabat verməyib".

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, seçkili orqan başqa seçkili orqana hesabat verməməlidir: "Bakıda istilik, lift, yol və s. məsələlər problemdir. Bu problemlərin hamısını bələdiyyələr həll etməlidir. Mərkəzi icra hakimiyyəti orqanları ilə bələdiyyələrin səlahiyyətləri bölüşdürülməlidir”.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə bildirib ki, Konstitusiya belə münasibəti qəbul etmir: "Bu gün bələdiyyələrə nəzarəti həyata keçirən qurum mövcuddur. Bu qurum da hər il burada hesabat verir. Bu, hakimiyyət orqanları ilə səmərəli əməkdaşlığın bir formasıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR