Əli Məsimli: “Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır” 

Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

© APA | Əli Məsimli, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

# 17 noyabr 2021 12:00 (UTC +04:00)

“Azərbaycanda ən böyük narazılıqlar pensiya və müavinət sahəsindədir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.
Deputat bildirib ki, indiyə qədər müharibədə iştirak edən qazilərə hələ pensiya müavinəti təyin edilməyib: “Azərbaycanda ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağıdır, amma pensiya yaşı onlarla eyni səviyyədədir. Orta ömür uzunluğu Azərbaycandan çox olan ölkələrdə pensiya yaşı bizdən aşağıdır. Qadınların pensiya yaşının 65-ə çatdırılması prosesi dayandırılmalıdır. Nisbi rəqəmlərlə artımlar böyük olsa da, mütləq rəqəmlərdə bu, çox aşağıdır’.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR