Əlilliyi olan şəxslərə 10 mühərrikli təkərli oturacaq verilib

Əlilliyi olan şəxslərə 10 mühərrikli təkərli oturacaq verilib
# 25 avqust 2021 10:48 (UTC +04:00)

Ölkədə həssas əhali qrupları ilə bağlı sosial dəstək işlərində özəl sektor da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində öz töhfələrini verir. Sahibkarların bu istiqamətdə fəaliyyəti imtiyazlı şəxslərin mənzillə təminatı sahəsində olduğu kimi, sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında da özünü göstərir.

Nazirlikdən APA-ya bildirilib ki, son illərdə “Azərmaş” ASC və “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib. Həmçinin “Paşa Holdinq” II Dünya müharibəsində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edib.

Bununla bərabər, “Paşa Holdinq” tərəfindən əlilliyi olan şəxslərə dəstək tədbirlərinin davamı kimi, 10 ədəd mühərrikli təkərli oturacaq alınaraq bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Qeyd olunanlar özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin uğurlu nümunələrindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR