Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərdə bir sıra struktur dəyişikliyi olub

Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərdə bir sıra struktur dəyişikliyi olub
# 10 noyabr 2021 17:56 (UTC +04:00)

Elmi-tədqiqat institutları və ixtisaslaşmış tibbi mərkəzlərdə bir sıra struktur dəyişikliyi həyata keçirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, Xüsusiləşdirilmiş Angioloji Mərkəz M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzin strukturuna verilib, bununla da damar cərrahiyyəsi istiqamətində imkanlar genişləndirilib.

Uşaq Bərpa Müalicə Mərkəzi, Uşaq Nevroloji Xəstəxanası və 6 nömrəli Klinik Uşaq Xəstəxanası K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun strukturuna verilib.

Respublika Uşaq Klinik Xəstəxanası Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına birləşdirilib.

Sözügedən tibb müəssisələrində tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təminat-təzhizat məsələləri, maddi texniki baza, qeydiyyat sisteminin qurulması və digər işlərin aparılması davam edir.

Gələcəkdə də tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə tibb müəssisələrində struktur dəyişikliklərinin aparılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR