Elşən Əsədov: “Bir çox peşə və biliklər müasir tələblərə cavab vermir”

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov

© APA | Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov

# 17 sentyabr 2021 12:15 (UTC +04:00)

“Bilik və bacarıqlarla yüklənmiş gənclərin iş tapması məsələsində çox ciddi çətinliklər olduğunu düşünmürəm”.

APA-nın məlumatına görə, bunu Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov “Sosial saat”da deyib.

O bildirib ki, amma əmək bazarının strukturu qənaətbəxş deyil: “Bir çox peşə və biliklər köhnə tələbatlar əsasında alınıb, yəni müasir tələblərə cavab vermir. Bir çox insan yeni bilik və bacarıqlarla tanış deyil və ya ona maraq göstərmirlər. Bu, əmək bazarının iştirakçısı olan hər bir şəxsin qarşısında duran məsələdir ki, dövrün çağırışları, tələblərini bilməli və uyğunlaşmalıdır. Əmək bazarının yeni trendi ondan ibarətdir ki, vətəndaş ölkəsində tapa və ya qura bilmədiyi işi, dünyanın istənilən coğrafiyası ilə kommunikasiya quraraq, öz biznes ideyaları və bacarıqlaırnı təqdim edərək tapa bilər”.

Onun sözlərinə görə, Azərbaycanda işədüzəlmə yaşı bir qədər uzanır: “Əgər Avropa ölkələrində 20-25 yaş arası şəxslər daha rahat iş tapırsa, Azərbaycanda bu, 25-30 yaş arasındadır. Əlbəttə ki, bu, ciddi problemdir. Burada bilik və bacarıqlar da rol oynayır. Yeni mexanizmlər yaradılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR