Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 3,8 faiz artırılır

Əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 3,8 faiz artırılır
# 27 oktyabr 2021 14:55 (UTC +04:00)

Gələn il Azərbaycanda əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 215 manat olacaq.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, 2021-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 207 manat olub. Başqa sözlə, əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 3,8 faiz artırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR