Əməkdar artist Məcnun Hacıbəyov Qubada dəfn olunub - FOTO

Əməkdar artist Məcnun Hacıbəyov Qubada dəfn olunub

© APA | Əməkdar artist Məcnun Hacıbəyov Qubada dəfn olunub

# 16 noyabr 2021 14:48 (UTC +04:00)

Əməkdar artist Məcnun Hacıbəyov dəfn olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Məcnun Hacıbəyov Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 86 yaşlı aktyor bu gün səhər saatlarında dünyasını dəyişib. Onun uzun müddət Quba Mərkəzi Rayon Xəstəxanasında COVID-19-dan müalicə olunduğu bildirilir.

Məcnun Hacıbəyov 1935-ci ildə Quba rayonunun II Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib.

Aktyor "Canavar balası", "Evlənmək istəyirəm", "Gənclik Macərası", "Göz həkimi", "Gülüş sanatoriyası", "Kişilər", "Qatarda", "Qəzəlxan", "Yarımştat" kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar ifa edib.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR