Emin Əmrullayev: “100 mindən artıq uşaq STEM layihələrinə cəlb ediləcək”

Emin Əmrullayev: “100 mindən artıq uşaq STEM layihələrinə cəlb ediləcək”
# 22 sentyabr 2021 10:57 (UTC +04:00)

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə məktəblərdə innovativ layihələrin artırılmasına yönəlmiş bu təşəbbüs əsasən iki istiqamətdə aparılır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, birinci istiqamət 300-ə qədər məktəbə avadanlıqların verilməsi və şagirdlərin STEM dərslərinə qoşulması ilə bağlıdır. Bunun sayəsində 100 mindən artıq uşaq STEM layihələrinə cəlb ediləcək: “Eyni zamanda Azərbaycanın 15 müxtəlif bölgəsində, o cümlədən bu gün Gəncə də daxil olmaqla STEM mərkəzləri qurulur, bu mərkəzlər regional xarakter daşıyır. Yəni Gəncənin yalnız bir məktəbi deyil, digər məktəbləri də layihələrə qoşulacaq. Artıq Şirvan, Quba, Gəncə mərkəzləri istifadəyə verilib. Bu günlərdə Sabirabad, Ağdam, Bərdə, İsmayıllı bölgələrində də STEM mərkəzləri istifadəyə veriləcək. Eyni zamanda Şəki şəhərində mərkəzin açılması üzərində iş gedir. Dediyim kimi yaxın gələcəkdə 15 mərkəzin istifadəyə verilməsi gözlənilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR