Emin Əmrullayev: “COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi"

Emin Əmrullayev: “COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi"
# 10 iyun 2021 19:36 (UTC +04:00)

“Tədris ili sona yetir. İlin yekunları daha geniş təhlil olunacaq”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev tədris ilinin yekunlarına dair canlı yayımda çıxışında bildirib.

O deyib ki, bu ilki tədris ili fərqli oldu: “Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qalib gəldi. Bu müharibədə Azərbaycan müəllimləri də iştirak ediblər. Bu tədris ilinin təsirlərini biz uzun illər hiss edəcəyik. Eyni zamanda bu tədris ilində arada pandemiyaya görə xeyli fasilələrə gedəsi olduq. Birmənalı olaraq COVİD pandemiyası təhsil sahəsinə müsbət təsir etmədi, təhsilimiz kifayət qədər çətin proseslə üz-üzə qaldı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR