Erkin Rəhimov: "Ağır allergiyanın aktiv mərhələsində uşaqlar peyvənd olunmaya bilər"

Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov

© APA | Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov

# 09 iyul 2021 15:19 (UTC +04:00)

“Ağır allergiyanın aktiv mərhələsində uşaqlar peyvənd olunmaya bilər, amma digər hallarda onlara vaksin vurula bilər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Uşaqların vaksinasiyası" mövzusunda çıxışında deyib. O bildirib ki, ürək xəstəliyi olan uşaqlarda isə peyvəndin vaxtında vurulması vacibdir. Yay aylarında uşaqlara vaksin vurula bilər, bu, əks göstəriş deyil.

Baş pediatrın sözlərinə görə, “Sinovac” və “Pfizer” peyvəndləri hər insana vurula bilər: “Bu peyvəndlər immuniteti aşağı olan insanlara da tövsiyə olunur. Peyvəndlər xroniki problemi olan uşaqlara da vurulmalıdır. Həmçinin araşdırmalara görə, ümumilikdə 1 yaş altında uşaqlar ağır xəstəlikləri daha çox və xroniki xəstəlikləri daha ağır keçirirlər”.

E. Rəhimov vurğulayıb ki, Azərbaycanda bir çox xəstəliklər üzrə uşaqların vaksinasiyası 90 faiz üzərindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR