Ermənistanın çirkləndirdiyi Oxçuçayda tədqiqatlar üçün plan-proqramın hazırlanmasına başlanılıb 

Ermənistanın çirkləndirdiyi Oxçuçayda tədqiqatlar üçün plan-proqramın hazırlanmasına başlanılıb 
# 29 oktyabr 2021 10:36 (UTC +04:00)

Ermənistan ərazisindən mütəmadi çirklənməyə məruz qalan Oxçuçayda aparılan monitorinqlərin genişləndirilməsi, o cümlədən fiziki-kimyəvi analizlərlə yanaşı biomonitorinqlərin aparılması, ağır metallara həssas indikator növlərin müəyyən edilməsi və belə növlərin biokütləsinin hesablanması üzrə tədqiqatların aparılması üçün elmi institutlar cəlb olunmaqla plan-proqramın hazırlanmasına başlanılıb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.
Eyni zamanda iclasda “Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər, o cümlədən işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsi istiqamətində görülən işlər və planlar haqqında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR