Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayət əməllərinin ifşası və  Azərbaycanın humanizmi

saxlanılan ermənilərin məhkəməsi, ​​​​​​​Bakı Ağır Cinayətlər Məhkəməsi

© APA | saxlanılan ermənilərin məhkəməsi, ​​​​​​​Bakı Ağır Cinayətlər Məhkəməsi

# 02 iyul 2021 20:16 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində ermənilərin təqsirləndirilməsinə dair baxılan cinayət işi bir çox həqiqətləri üzə çıxardı. Məhkəmə prosesində Ermənistanın hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı terrorçuluq, təxribat hərəkətləri məhkəmədə təkzibedilməz sübutlarla təsdiq edildi, tarixən bizə məlum olan faktlar da məhkəmədə bir daha öz təsdiqini tapdı.

Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işində də Ermənistanın hərbi-siyası rəhbərliyinin Azərbaycana qarşı planlaşdırdığı cinayət əməlləri tam sübut edildi. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı törətmiş olduğu cinayət əməllərinə görə cinayət işinin başlanması üçün prokurorun vəsatəti əsasında məhkəmə tərəfindən xüsusi qərar çıxarılıb və prokurorluğa göndərilib. Məhkəmədə ittiham olunan şəxslərə rəhbərlik etmiş Ermənistan Respublikasının vətəndaşı, polkovnik-leytenant Arsen Qazaryan və digər vəzifəli şəxsləri barəsində beynəlxalq axtarış elan edilib.

Məhkəmədə o da məlum oldu ki, ermənilər hərbi xidmətə getmək, döyüşmək istəməyiblər, Ermənistanın siyasi-hərbi rəhbərliyi hərbi xidmətdən yayınmaq adı ilə həmin şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası ilə təhdid etməklə məcburi hərbi xidmətə, döyüşə göndərib. Lakin həmin şəxslərin Azərbaycan xalqına və Ordusuna qarşı hər-hansı cinayət törətmək niyyətləri olmayıb. İttiham olunan şəxslərin əksəriyyəti işsiz, habelə işləmək üçün dəfələrlə xarici ölkələrə getmiş şəxslərdir. Bu bir daha Ermənistanda sosial vəziyyətin nə dərəcədə kəskin olduğunu göstərir.

Ümumiyyətlə, məhkəmədə təqsirləndirilən şəxslərin ifadələrindən aydın oldu ki, ermənilər tərəfindən döyüşənlər yalnız hədə qorxu ilə orduya cəlb edilənlərdir və Ermənistan rəhbərliyinin məkrli, bütün bəşəri dəyərlərə zidd əməlləri nəticəsində bu gün bu şəxslər gənc yaşında məhkəmə qarşısında cavab verdilər. Ermənistan bu gün məhkum olunan şəxslərin öz ölkələrində yaşadıqları müddətdə zəruri olan hüquqlarını belə təmin etməyib.

Ümil edək ki, bu gün məhkum olunan şəxslərə qarşı Azərbaycan tərəfindən göstərilən humanizm Ermənistanı uzun illər apardığı məkrli siyasətdən əl çəkməsinə yol açacaq, regionda sabitliyin bərqərar olmasına töhfə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR