Ermənistanla sərhəddə şəhid olan hərbçimiz Qubada dəfn edilib- FOTO - YENİLƏNİB

Şəhid Orxan Cabbarovla Qubada vida mərasimi

© APA | Şəhid Orxan Cabbarovla Qubada vida mərasimi

# 18 noyabr 2021 12:12 (UTC +04:00)

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Orxan Cabbarov anadan olduğu

Quba rayonunda dəfn olunub.

APA-nın şimal bürosunun xəbərinə görə, gizir Orxan Cabbarov Quba Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

10.49

Ermənistanın dövlət sərhədində törətdiyi təxribatla bağlı gedən döyüşlərdə şəhid olan hərbçi Orxan Cabbarovla anadan olduğu Quba rayonunda vida mərasimi keçirilir.

APA-nın şimal bürosunun xəbərinə görə, gizir Orxan Cabbarovun cənazəsi Quba rayonunun Davudoba kəndinə, yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimində hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Şəhid gizir Şəhid Qubada şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR