ETSN: Azərbaycan florasının 2 mindən çox növünə isğaldan azad olunan ərazilərdə rast gəlinir

ETSN: Azərbaycan florasının 2 mindən çox növünə isğaldan azad olunan ərazilərdə rast gəlinir
# 04 iyun 2021 16:19 (UTC +04:00)

"Oxçuçayın bütün ekosistemi məhv olub".

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji duruma dair mətbuat konfransında deyib.

O bildirib ki, Oxçuçayın florası demək olar ki, məhv olma təhlükəsindədir: "Bu ərazi nadir növlərlə zəngindir. Azərbaycan florasının 2 mindən çox növünə isğaldan azad olunmuş ərazilərdə rast gəlinir. Bu da floranın 40 faizə qədəridir. Ərazi nadirlik baxımından maraqlı ərazidir. Yeni “Qırmızı kitab” daha geniş olacaq. Çünki isğaldan azad olunmuş ərazilərə gediləcək oranın flora və faunası müəyyənləşəcək. Qarabağ tülpanı, sağsağan gülxətmisi, Şuşa vələsinə ancaq həmin ərazilərdə rast gəlinir. Təkcə floranın 7 növü ancaq o ərazilərdə bitir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR