ETSN: Bakıda kütləvi şəkildə ağacların kəsildiyini iddia etmək düzgün deyil

ETSN: Bakıda kütləvi şəkildə ağacların kəsildiyini iddia etmək düzgün deyil

© APA | Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə

# 08 iyun 2021 16:54 (UTC +04:00)

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə son günlər sosial şəbəkələrdə yayılan Bakının səmadan çəkilmiş fotosunu şərh edib.

APA-nın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”ında H. Əlizadə bildirib ki, sosial şəbəkələrdə adətən Bakının dağüstü parkdan çəkilən fotosundan danışılır: “Amma Bakı təkcə mərkəzi hissədən ibarət deyil. Bakının rayonları var, o rayonlar ki, bəzi hissələri tamamilə neftlə çirklənmiş ərazilər idi, park yox idi. Sabunçu, Bakıxanov, Suraxanı, Pirallahı və s. bunlar hamısı Bakını təşkil edən rayonlardır. Abşeron yarımadasında yerləşdiyi üçün Bakının torpağı o qədər də münbit torpaq deyil. Burada yaşıllıq çox çətinliklə bitir. Ona görə bu gün biz hər bir ağac üçün mübarizə aparırıq. Amma “kütləvi şəkildə Bakıda ağaclar kəsilir” iddia etmək də düzgün deyil. Biz keçən il və bu il çoxlu sayda qeydiyyat aparmışıq. Hətta 6 iş hüquq-mühafizə orqanlarına verilib, 147 yaşıllıqla bağlı akt tərtib edilib, amma bunların hər birində 1, 3, 5 ağacın kəsilməsindən söhbət gedir. Amma yüz minlərlə də ağac əkilir, təkcə “Nəsimi il” çərçivəsində 650 min ağa, o cümlədən Bakıda 80 min ağac əkilmişdi. Bir ağac kəsildiyi təqdirdə on, yüz minlərlə ağac əkilir. Yetişmə faizinə baxanda Bakıda yaşıllığın azaldığını deyə bilmərik. 1960-cı illərdə Bakının ortalama 1,5 faizi yaşıllıq idi. Sonradan 8-10 faiz artıb. Hazırda bu dinamika artmaqdadır. Mövcud qanunvericiliyə əsasən, şəhər ərazilərində yaşıllıqların uçotu yerli icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır. Onlar ərazilərindəki yaşıllıqların sayını, miqdarını, faizini bilməli və müvafiq orqanlara təqdim etməlidir. Çox təəssüf ki, bu iş demək olar ki, aparılmır”.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR