ETSN: Haftonidə "Beta tea" şirkəti ilə müqaviləyə xitam veriləcək

ETSN: Haftonidə "Beta tea" şirkəti ilə müqaviləyə xitam veriləcək
# 15 iyul 2021 16:32 (UTC +04:00)

“Meşələrin mühafizəsinin davamlı inkişafı çox aktual məsələdir”.

APA-nın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın təşkilatçılığı, ETSN nümayəndələri və digər fəalların iştirakı ilə ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib. Nazir müavini bildirib ki, nazirliyin siyasətində bu, bir nömrəli məsələdir: “Hər bir fəaliyyətdə çatışmazlıq, problem ola bilir. Meşə fondu torpaqları 14 faizi əhatə edir. Onların qorunmasında problemlər yoxdur desəm, düzgün olmaz. Amma problemlər olmasın deyə lazımi tədbirlər görürük. Mühafizə sahəsində problemlər azalma istiqamətində gedir”.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə deyib ki, meşələrin qırılması uzun illərdir gedib: “Bu gün də belə faktlar var. Meşələrin qırılması ildə 55 min kubmetrdən son ildə 10 kub metrə düşüb. Bu, meşələrin qırılmasının 5 dəfə azalması deməkdir. Lənkəranda Haftoni ərazisində şirkət tərəfindən meşə bağçılığı üçün ayrılmış ərazidən kənara çıxılaraq ağacların kəsilməsi baş verib. Xidmət tərəfindən məlumat alınan günü orada iş dayandırılıb. Ziyan hesablanıb, akt və protokol tərtib olunub. Proses iyulun 22-də başa çatacaq. Qərar çıxarılacaq. Həqiqətən pozuntular aşkar edilib. Müqaviləyə xitam verilməsi proseduruna baxılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR