ETSN: Ötən il neft-qaz hasil edən 34 müəssisəyə 459 600 manat ödəmə tətbiq edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə

© APA | Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə

# 08 iyun 2021 16:16 (UTC +04:00)

“Neft şirkətləri əsasən Xəzər dənizində neft hasilatı ilə məşğuldurlar və bu prosesin gedişində neftlə çirklənmə, neftin axıdılması halları baş verir”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Ekspert saat”da Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, ötən ildən çox böyük fasilədən sonra Əlif Hacıyev adına gəmi artıq tam təmir olunub və həmin gəmin vasitəsilə bir neçə ekspedisiya keçirilib: “Məqsəd Xəzər dənizində baş verən ekoloji prosesləri, o cümlədən müəssisələr tərəfindən neftlə çirklənmiş sahələrin müəyyən edilməsidir. Keçən il ərzində yol verdiyi pozuntuların ətrafa mühitə təsirinin aradan qaldırılması üçün neft-qaz hasilatı ilə məşğul olan 34 adda müəssisəyə ümumilikdə 459 600 manat həddində ödəmələr tətbiq edilib. Həmçinin 4 müəssisəyə ümumi həddi 8500 manat olan cərimələr tətbiq olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR