“EU4Lankaran” proqramının açılışı olub - FOTO

Peter Mixalko

© APA | Peter Mixalko

# 30 noyabr 2021 13:15 (UTC +04:00)

Lənkəranda “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə Lənkəran şəhərində təşkil etdiyi “EU4Lankaran” proqramının rəsmi açılış mərasimi baş tutub.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko səfəri çərçivəsində ilk olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Aİ-nin böyük layihələrindən birinin məhz Lənkəranda həyata keçirildiyinin təsadüfi olmadığı, şəhərin bu istiqamətdə böyük potensialının olduğu vurğulanıb. "EU4Lankaran" proqramının 2024-cü ilin oktyabr ayınadək davam etdiriləcəyi bildirilib.

Sonra isə "Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi" texniki yardım layihəsinin başlaması ilə bağlı tədbir keçirilib. Tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Aİ Azərbaycan Nümayəndəliyinin, BMT-nin İnkişaf Proqramının və Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

"EU4Lankaran" proqramı Lənkəran-Astara iqtisadi regionuna və yerli icmalara bütün regionda meyvə-tərəvəz sektorunun səmərəli və davamlı, ekoloji təmiz və iqlim dəyişikliyinə davamlı həlli yollarında Avropa İttifaqının hərtərəfli dəstəyini təmin edir. Proqramın əsas məqsədi regional ərazi planlaşdırma sisteminin yaxşılaşdırılması, yerli iqtisadi və ictimai əməkdaşlıq mərkəzlərinin yaradılması və müasirləşdirilməsi, meyvə və tərəvəz sektoru üzrə Lənkəran-Astara iqtisadi rayonunda sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılmasıdır.

Lənkəran-Astara iqtisadi rayonunda inkişafın ölkə iqtisadiyyatdakı vacibliyini vurğulayan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko belə bir proqramın icra edildiyinə çox şad olduğunu bildirib. Çünki Aİ regional inkişaf proqramlarında iqlim dəyişikliyinə və yaşıl iqtisadiyyata davamlılığı baxımından Azərbaycanla ən yaxşı təcrübələrini bölüşür.

Tədbirdə həmçinin “Lənkəran-Astara iqtisadi rayonuna Aİ dəstəyi” adlı texniki yardım layihəsinin, “Azərbaycanda sanitariya və fitosanitariya (SFS) tədbirlərinin gücləndirilməsi” adlı tvinninq layihəsinin, “Lənkəran-Astara iqtisadi regionda meyvə-tərəvəz sektorunda rəqabət qabiliyətinin əməkdaşlığın və müasirləşmənin təşviqi” adlı qrant layihənin təqdimatı keçirilib.

Qeyd edək ki, ümumi dəyəri 5.75 milyon avro olan layihənin icra müddəti 38 aydır.

Bu gün həmçinin Ai-nin səfiri KOM-larla və turizm biznesinə başlayan Aİ tərəfindən maliyyələşdirilən “AqriViziya” layihəsi çərçivəsində təlim keçmiş fermerlərlə görüşəcək və onlara sertifikatlar təqdim olunacaq. Bununla yanaşı səfir Lənkəran Dövlət Universitetində Erasmus+ təhsil proqramının Milli koordinatoru və Gənc Avropa Səfirləri ilə birgə mühazirə keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR