Evdə növbətçilik edən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası dəyişib

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 25 avqust 2021 18:42 (UTC +04:00)

Tibbi yardım məqsədilə evdə növbətçilik edən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası dəyişib.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nə edilən dəyişikliyə əsasən, tibbi yardım məqsədilə evdə növbətçilik iş vaxtından sonra "evdə növbətçilik" işçi ilə əvəzçilik qaydasında əmək müqaviləsi bağlanılaraq təşkil ediləcək. Bu halda iş vaxtının müddəti qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasının yarısından çox olmamalıdır.

Bundan əvvəl həmin işçilərlə həm də mülki-hüquqi müqavilə bağlanılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR