Əziz Səncər: "Elmlə məşğul olmaq istəyən azərbaycanlı tələbələrə inanıram"

Əziz Səncər

© APA | Əziz Səncər

# 06 dekabr 2021 11:58 (UTC +04:00)

"Əgər Azərbaycandan tələbə gəlmək istərsə, çox məmnun olaram. Elmlə məşğul olmaq istəyən azərbaycanlı tələbələrə inanıram və mənimlə çalışmağa gələrlərsə, qəbul edərəm".

APA-nın məlumatına görə, bunu Nobel mükafatçısı Əziz Səncər keçirdiyi brifinqdə deyib.

Qida təhlükəsizliyi ilə bağlı laboratoriyanın açılışında iştirak etdiyini deyən Ə. Səncər bildirib ki, Azərbaycan bir çox qida məhsullarını xaricdən idxal edir: "Ona görə də bu sahədə təhsil vermək və elm adamları yetişdirmək önəmlidir. Azərbaycanın bu işlər üzərində çalışması lazımdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR